1 AY evdən çıxma!

1 AY kreditlərini düşünmə!

#EVDEQAL

1 ÖMÜRLÜK sağlamlığının qayğısına QAL!

1 ÖZÜNÜ deyil, AİLƏNİ və CƏMİYYƏTİNİ QORU!

Bu çağırışla bütün müştərilərinə səslənən Texnomart Mağazalar Şəbəkəsi aprel ayı üzrə kredit ödənişlərinə 1 AYLIQ FASİLƏ verdiyini elan etdi.

“Texnomart” Mağazalar Şəbəkəsi hər kəsi bütün dünyada yayılan “Covid-19” virusu ilə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatının və AR Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyyə və tələblərinə ciddi riayət etməyə və evdən çıxmamağa səsləyir.

29 mart 2020-ci ildən etibarən “Texnomart” Mağazalar Şəbəkəsinin Bakıda altı, regionlarda isə 22 mağazasının işinə müvəqqəti olaraq fasilə verilir.

Bildirək ki, aprel ayının 1-indən etibarən www.texnomart.az saytından Türkiyənin məşhur markası olan Arçelik məhsulları ilə yanaşı, “Samsung”, “İndesit”, “Hotpoint”, HITACHI, “Bosch”, “Siemens”, “Tefal”, “Scarlett”, “Arnica”, “Supra” və başqa dünya brendlərinin geniş çeşiddə mobil telefon, televizor və digər elektronika məhsullarıməişət avadanlıqlarını online olaraq həm birdəfəlik, həm də hissə-hissə ödəmə şərtləri ilə almaq mümkün olacaq.