SR Group Co. Azərbaycanda insan resursları sahəsində ən mütərəqqi yenilikləri tətbiq etməyə çalışır.
Böyük ideyaların həyata keçirilməsinin bir hissəsi olmaq üçün daim üzərimizdə işləyirik.
İstəyirik ki, ölkənin ən perspektivli, ən istedadlı peşəkaları bizimlə işləsin.
Kreativ, effektiv və yüksək potensialı olan əməkdaşları şirkətimizə cəlb etməkdən məmnunluq hissi duyuruq.
Karyera qurmaq istəyən enerjili, geniş dünyagörüşü olanları aramızda görmək bizə sevinc hissini yaşadır.
Peşəkar dünyaya ilk addımlarını atanlara dəstək göstərməyi və uyğun şərait yaratmağı özümüzə borc bilirik.

Bizi nə ilhamlandırır?

Biz nə təklif edirik?

Bizi seçmək üçün əlavə 3 səbəb

Rəngarəngliyi sevirik

SR Group-da biri-birindən fərqli, müxtəlif maraqları və zövqləri olan insanlar toplaşıb.
Kimisi ofisdə ağır rok musiqisinə qulaq asır, kimisi mərci uduzub bir ayağı üstə işləyir, kimisi maaşını bir gündə restoranda xərcləyir…
10 fərqli milliyət, 18-68 yaş həddində olan, kollec məzunundan tutmuş elmlər doktoruna qədər müxtəlif işçi heyətimizlə fəxr edirik.
Amma hamımızı birləşdirən bir cəhət var: biz SR ailəsində işləməkdən çox məmnunuq.

Bizim getdikcə böyüyən ailəmiz var

İşçilərimizin artım dinamikası

Bizi daha yaxından tanıyın

Hüquq şöbəsinin əməkdaşları ciddiyyəti və hər şeydə dəqiq olması ilə seçilir

Marketinq şirkətdə ən səs-küylü və ən böyük şöbədir. Burada daim qızğın müzakirə və fikir mübadiləsi gedir.

İnsan resursları
Bu komandanı heç nə təəcübləndirmir, çünki onlar İR departamentində çalışır və hər şeyi görüblər.

Satınalma
Yerli və xarici təchizatçılardan kimin ən sərfəli və optimal qiymətə məhsul tədarük etdiyini bu şöbədə işləyənlər bilir.

İKT
Şəbəkə, Outlook, kompüterlər – hamısı onlarlıqdır.
Çox ağıllı uşaqlardır.

Maliyyə
Mənfi ikidən iki dəfə böyük hansı rəqəmin olduğunu bilənlər bu şöbədə toplaşıb.

Müştəri xidmətləri
Bu şöbənin özü də, işçiləri də yaşca hamıdan cavandır.

Audit
Gözəgörünməz fəaliyyəti ilə hamını nəzarətdə saxlayanlar məhz bu şöbənin əməkdaşlarıdır.