Holdinqin tərkibinə daxil olan şirkətlər müxtəlif sahələrdə fəaliyyət göstərir

Mercedes-Benz

mercedes
AutoStar Kaukasus Mercedes-Benz markasının Azərbaycanda rəsmi dileridir. Şirkət avtomobillərin ölkəyə gətirilməsi, servis xidmətləri və s. – kimi bütün xidmətləri həyata keçirir.

ŠKODA

Skoda
2019-cu ilin may ayından fəaliyyət göstərən avtosalon il yarımlıq fəaliyyəti boyunca müştərilərin etimadını qazanıb. Təqdim edilən “Skoda Kodiaq”, “Superb”, “Karoq”, “Scala”, “Fabia Combi” və son aylarda xüsusilə diqqət cəlb edən “Rapid” modelləri arasından hər kəs özünə uyğun avtomobili tapa bilər.

Changan Auto


Azərbaycan bazarına müəyyən fasilədən sonra geri dönən “Changan” tam olaraq yenilənmiş və üstün konseptlə fəaliyyət göstərir. Brendin bazara yenidən daxil olması, daha eleqant və yuxarı kateqoriya avtomobillər təqdim etməsi, innovativ texnologiyaların təklif olunması hazırda şirkətin əsas prioritetlərini təşkil edir. Changan hazırda Çinin ən böyük avtomobil istehsalçısıdır.

Aztech-Tegeta Motors

Aztech-Tegeta
2017-ci il fevral ayı tarixində iki şirkət – Azərbaycana məxsus Aztech Motors  və Gürcüstan şirkəti  Tegeta Motors tərəfindən birlikdə qurulan Aztech & Tegeta Motors təmir, texniki qulluq və ehtiyat hissələrinin satışında aparıcı yer tutur.
Azərbaycanın qabaqcıl şirkətlərindən birinə çevrilərək, qısa bir müddətdə istifadəçilərin rəğbətini qazanmışdır. Yalnız ehtiyat hissələrinin pərakəndə satışı deyil, korporativ satış ilə məşğul olan Aztech & Tegeta Motors  tikinti, yük və neft sektorunda aparıcı şirkətlərlə əməkdaşlıq edir.
Aztech & Tegeta Motors, Çin, Rusiya, Türkiyə və bir çox Avropa ölkələrinin keyfiyyətli məhsullarını müştərilərə təklif edərək, yüksək xidmətlə müştəri istəklərini doğrultmaqdadır.

Texnomart

Hədəfi müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafına yönələn Ultratek MMC şirkəti fəaliyyətə başladığı il 1994-cu ildən məişət texnikası və elektronika bazarında öz layiqli yerini tutmuşdur. Ultratek MMC Arçelik, Arnica və Supra, markalarının rəsmi distribütoru olaraq pərakəndə, topdan və korporativ sahədə fəaliyyət göstərir. Pərakəndə sektorda 2018-ci ilin sonunadək Ultratek MMC-yə məxsus mağazalar Arçelik adı altında fəaliyyət göstərmişdir.
2019-cu ildən etibarən mağazaların adı Texnomarta dəyişdirməklə Arçelik, Arnica və Supra markaları ilə yanaşı bir çox dünya markalarının: Samsung, Bosch, Scarlett, İndesit, Tefal, Siemens, Philips, Stinol, Hotpoint Ariston, LG və sair mallarının satışını həyata keçirir. Geniş çeşiddə mobil telefon, televizor və digər elektronika məhsulları və məişət avadanlıqların həm birdəfəlik, həm də hissə-hissə ödəmə şərtləri ilə təklif edilir. Bakıda 7, bölgələrdə isə 29 mağaza olmaqla geniş əraziyə yayılan “Texnomart” sərfəli satış şərtləri ilə hər zaman müştərilərin xidmətindədir.

SR Construction

SR Construction
SR Construction uzun illərdir uğurla fəaliyyət göstərən tikinti şirkətidir. Şirkətin tərkibinə bir neçə layihə və Beton zavod daxildir. SR Construction bütün layihələrində keyfiyyətli tikinti materiallarından, Ukrayna istehsalı olan armaturdan və M400 markalı betondan istifadə edir.
Teras ParkAhmadli Park premium layihələri SR Construction şirkəti tərəfindən inşa edilən yaşayış kompleksləridir.

Şirkətin əsas məqsədi geniş, işıqlı, müasir və təhlükəsiz yaşayış binaları inşa etməkdir.
SR Construction öz layihələrində çox üstün cəhətləri birləşdirir. Geniş teraslı və teraslı dupleks mənzillərin olması, binaların daş yun örtüyü ilə təmin olunması, su çəni və generatorlar əsas üstün cəhətlərdən bir neçəsidir.
Şirkət öz layihələrində həmçinin sakinlərin istirahət zamanlarını səmərəli keçirə biləcəyi geniş uşaq meydançası və uşaq atraksiyonları, böyüklərin istirahəti üçün skamyalar, avtomobillər üçün yeraltı dayanacaqlara da yer ayırır.
SR Construction mövcud və gələcək layihələri ilə hər zaman xidmətinizdə olacaq!

SR Chemicals

Şirkətimiz mətbəx üçün təmizlik vasitələrinin, binalar üçün təmizlik vasitələri və şəxsi gigiyena vasitələri, paltarların yuyulması üçün vasitələr, hovuzların təmizlənməsində istifadə olunan kimyəvi vasitələri, avtomobillər üçün təmizlik vasitələri, sənayedə istifadə olunan təmizlik vasitələri başlıqları altında geniş məhsul çeşidləri ilə müştərilərinə xidmət göstərir.

Sağlam Diş

Gözəllik üçün sağlam füsunkar təbəssüm vacibdir. Gözəl təbəssüm üçün sağlam diş mütləqdir. “Sağlam diş” 2009-cu ildən etibarən səhiyyənin ən vacib sahələrindən olan, stomatologiyanin bütün istiqamətlərində xidmət göstərir.
Almaniya, Türkiyə istehsalı olan ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan klinikamızda, Ortodontiya, Ortopediaya, Parodontologiya, Uşaq stomatologiyası, Endodontiya, 3D diaqnostika, Estetik restovrasiya, Digital gülüş dizaynı, İmplantalogiya kimi xidmətlərimiz, müraciət edənlərin ixtiyarındadır. Bakının ən müxtəlif 4 istiqamətində filiallarımız sizi gözləyir. Sizə ən yaxınını seçin və ideal təbəssümə və Sağlam dişlərə qovuşmaq üçün bizə gəlin
  • Q.Qarayev Filialı: Ə.Hacıyev küç. 15
  • Bakıxanov Filialı: S.Qocayev 39a
  • Elmlər Filialı: H.Cavid pr., 20B
  • Yasamal Filialı: Tbilisi pr. 49B