Şəhidin başqa borcu ola bilməz.
“Texnomart” mağazalar şəbəkəsi Vətən uğrunda Şəhid olmuş şəxslərin kredit borclarını sildi.
Bundan əlavə, hazırda hərbi çağırış üzrə Vətənə şərəflə xidmət edən şəxslərin borcları isə dondurulub.
Qeyd edək ki, bu “Texnomart” mağazalar şəbəkəsinin atdığı təqdirə layiq ilk addım deyil. Daha əvvəl şirkət pandemiya ilə bağlı aprel ayında da kredit ödənişlərinə bir aylıq fasilə verdiyini elan etmişdi.
Vətənin müdafiəsi uğrunda atılan addımlar təkcə bununla bitmir. “Texnomart” mağazalar şəbəkəsi əlavə olaraq aylıq dövriyyəsinin bir qismini Silahlı Qüvvələrə Yardım Fonduna ianə edəcək.
Biz birlikdə güclüyük!