“Skoda” Avtomobil Mərkəzi pandemiya dövründə izolyasiya qaydalarına riayət edərək, canlı yayımda üç yeni “Skoda” modelinin təqdimatını keçirib. Avtomobil həvəskarları interaktiv şəkildə “Skoda Rapid”, “Kamiq” və “Scala” modellərinin təqdimatını izləyə bilib. Təqdimat “Skoda” brendinin Azərbaycandakı yeganə rəsmi distribüteri olan “SKAZ Autohouse” tərəfindən təşkil edilib.
Təqdimat məşhur avtomobil bloqeri və jurnalist Tural Yusifov tərəfindən “Skoda” Avtomobil Mərkəzinin Satış departamentinin rəhbəri Fikrət Mirzəyevin iştirakı ilə baş tutub.
Canlı yayımda keçirilən interaktiv dialoqda “SKAZ AutoHouse” ilyarımlıq fəaliyyəti dövründə qazandığı müştəri məmnuniyyətindən söz açılıb.
Müştərilərin şirkətin timsalında hər çətinliklərində arxalana biləcəkləri bir dostunun olduğu vurğulanıb. Bundan əlavə hazırda davam edən kampaniya barədə məlumat verilib. Müştərilər 10 faiz ilkin ödəniş, 10 faizdən başlayan illiklə, 48 ay müddətinə bütün avtomobilləri əldə edə bilər. Nağd alıcıları da özəl endirimlər gözləyir.
Təqdimatın ardı olaraq ilk növbədə seqmentində lider olmağa ən iddialı avtomobil olan yeni “Skoda Rapid” modelinin yenilikləri, interyer və eksteryer üstünlükləri nümayiş etdirilib. Qısa videotəqdimat çərçivəsində tam olaraq avtomobil barədə məlumat verilib.
Azərbaycanda avtomobil bir mexaniki və dörd avtomatik sürətlər qutusu ilə olmaqla, beş komplektasiyada təqdim olunacaq. Qiymət mexaniki ötürücü ilə 22900 manata olan Active komplektasiyasından etibarən başlayacaq. Videotəqdimatda təqdim olunan təchizat isə ən çox tələbatlı, qiymət aralığında dördüncü olan Ambition+ təchizatıdır, qiyməti 28900 manat təşkil edir.
Təqdimatın davamı olaraq ilk dəfə tamaşaçılara “Skoda Kamiq” modeli təqdim olunub. “Kamiq Skoda” model sırasına yeni daxil olub və ilk dəfədir ki, təqdim olunur. Avtomobilin banı da yeni təqdim olunan xüsusi bazada, kompakt krossover sinfində yaradılıb.
Bu, o deməkdir ki, avtomobil “Fabia”dan daha hündür, “Karoq”dan isə daha kiçik ölçülüdür. “Kamiq” 5 qapılı, liftbek 400 litr həcmə malik baqajı və geniş salona sahib idman üslublu avtomobildir.
Son olaraq isə “Skoda Scala” avtomobilinin təqdimatı həyata keçirilib. “Skoda Scala” modeli də “Kamiq” kimi avtomobil sırasına yeni daxil olub və ilk dəfədir ki, auditoriyalarda təqdim olunur. Bu avtomobil isə bildiyimiz C klass hatchback platformasında hazırlanıb.
Hər üç modeldə ABS, ESC, pis yollar paketi, TPMS sistemi, təhlükəsizlik məqsədilə isə Avropa avtomobillərinə xas tam 6 ədəd yastıqlar, aktiv və passiv təhlükəsizlik vasitələri mövcuddur. Avtomobillərə 3 il və ya 100 000 kilometr tam istehsalçı zəmanəti verilir.
Adıçəkilən modellər barədə daha ətraflı məlumatı aşağıda verilən təqdimatın videoyazısına baxmaqla əldə edə bilərsiniz.