“Texnomart” mağazalar şəbəkəsi “Satış məsləhətçisi” vakansiyasını açıq elan edir.

Tələblər:

∙ Azərbaycan dilini səlis bilməli;
∙ Müvafiq sahə üzrə ən azı 2 ilə yaxın iş təcrübəsi arzu olunandır;
∙ MS Windows, Microsoft Office (Excel, Word, Outlook) səviyyə: yaxşı
∙ Aktiv, ünsiyyətcil və məsuliyyətli olmalı;
∙ Satış qabiliyyəti olmalı;
∙ Xoş xarici görünüşü olmalı.

Vəzifələr:

∙ Əyani test edilməsi yolu ilə məhsulun işləmə üsulunu müştəriyə nümayiş etmək;
∙ Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
∙ Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
∙ Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək.

Bizim kollektivimizə qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] elektron ünvanına subject/mövzu hissəsinə “Satış məsləhətçisi” yazıb göndərə bilərsiniz.