29/07/2022 Tam Ştat
SR Construction
Tikintidə texniki nəzarət üzrə mühəndis
Namizədə tələblər:
- Müvafiq sahədə ali təhsil
- Müvafiq sahədə ən azı 3 ildən az olmamaq şərtilə iş təcrübəsi
- Tikinti sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı
- Kompüter bilikləri
Vəzifə öhdəlikləri:
- Təchiz edilmiş materialların daxil olmalarına və onların saxlanmasına nəzarətin təşkili
- Materiallara və hazır məhsullara nəzarət üçün bütün sənədlərin qeydiyyatı
- Təchiz edilmiş materialların təhlili, konstruksiya və materiallardakı qüsurların aradan qaldırılması üçün təchizatçılar üçün təlimatların hazırlanması
- Tikinti prosesində baş vermiş qüsurların aradan qaldırılması
- Tamamlanmış obyektin uyğunluğunun etibarlı qiymətləndirilməsi və yerinə yetirilən faktiki işin əsas (orijinal) layihə sənədləri ilə müqayisəsi.
- Rəhbərliyin verdiyi əmr və tapşırıqlarını icra edir.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvanına göndərə bilərlər.
|