22/07/2022 Tam Ştat

Şirkət: “SR Construction” MMC

“SR Group” müxtəlif sahələrdə yeni-yeni uğurlara imza atan gənc bir şirkətdir.

Biz, bir neçə avtomobil brendi, elektronika mağazalar şəbəkəsi, tikinti və s. sahələr üzrə biznes istiqamətlərinin inkişafına fokuslanan, amma bununla kifayətlənməyən iddialı və inamlı komandayıq.

Müştərilərimizə yüksək keyfiyyətli və tam xidmət təqdim etmək bizim cari hədəflərimizdən biridir. Bu hədəfimizə çatmaq üçün yeni yaradılan Əlaqə Mərkəzimizdə enerjili və öyrənmək istəyi olan Rəhbərlə işə başlamaq istəyirik.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya:  Problemli müştərilərlə iş üzrə mütəxəssis

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməli;
  • SQL, Excel, Powerpoint proqramları üzrə dərin biliklər;
  • Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;
  • CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır;
  • Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli (Open Rate, Bounce Rate, Conversion Rate, Retention Rate);
  • Analiz, problemlərin həlli və qərarvermə;
  • Keyfiyyətə fokuslanma;
  • Dəqiqlik və təfsilatlara yönümlülük.

Vəzifələr:

  • Müştərilərlə vaxtı-vaxtında üz-üzə, elektron poçt, telefon zəngləri vasitəsi ilə ünsiyyət yaratmaq və müştərilərin sorğularını (iradlarını, şikayətlərini və ya təkliflərini) idarə etmək. Onlar üzrə üzərinə öhdəlik götürmək – dinləmək və problemlərin həll edilməsini izləmək (müvafiq şəxslərin cəlb edilməsi və müştərilərə cavabların vaxtında verilməsi);
  • Xidmətlər haqqında müştərilərdən rəsmi və qeyri-rəsmi rəylər toplamaq;
  • Müştəri xidmətlərini təkmilləşdirmək, şirkət daxilində dəyişikliklərin edilməsi üzrə təkliflər irəli sürmək;
  • Təşkilat üçün müştəri xidmətləri siyasətinin işlənib hazırlanması prosesində köməklik göstərmək və onları tətbiq etmək. Xidmətin prosedurlarını, siyasətini və standartlarını inkişaf etdirmək;
  • Düzgün qeydlər aparmaq və müştəri xidmətləri üzrə fəaliyyəti və müzakirələri sənədləşdirmək; Gələcəkdə istifadə edilə bilməsi məqsədilə müştərilərlə gündəlik yazışmalar üzrə sənədləşmə və hesabatları hazırlamaq.

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx