06/12/2023 Tam Ştat

SR Automobil Sektoru

Marketinq üzrə menecer

Vəzifələr:

• Satış hədəflərinə çatmaq məqsədi ilə illik marketinq strategiyasının hazırlanması və idarə edilməsi, marketinq xərclərinin aylıq nəzarəti və hesabatının aparılması.
• Komanda və agentliklərlə birlikdə satış planlarının yerinə yetirilməsinə, müştəri məmnuniyyətinə yönəlmiş reklam fəaliyyətinin, kreativ konsepsiyaların, xüsusi tədbirlər planının, media planın hazırlanması, təsdiqi və həyata keçirilməsi.
• Avtomobil bazarının düzgün təhlil və monitorinqi, rəqiblərin marketinq fəaliyyətinin izlənilməsi və s.
• Müştəri davranışların təhlili.
• Müştəri loyallığın ölçülməsi və artırılması üzrə tədbirlər planın hazırlanması və həyata keçirilməsi.
• Həyata keçirilmiş kommunikasiyaların effektivliyinin təhlili, şirkət rəhbərliyi və qlobal ofis üçün aylıq/rüblük hesabatların təqdim edilməsi.
• Diler Mərkəzlərinin vizual tərtibatının AR qanunları və istehsalçı şirkətlərin standartlarına əsasən təşkil edir.

Tələblər:
• Ali təhsil (İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə);
• Analoji vəzifədə ən azı 3 il iş təcrübəsi (reklam agentlikləri, FMCG şirkətləri, avtomobil istehsalçılarının nümayəndəlikləri və s.)
• MS office proqramlarını yüksək səviyyədə bilməli;
• Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilməli.
Şəxsi keyfiyyətlər:

• Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalı;
• Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı;
• Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər.

 


Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx