Babək Plaza, Babək Prospekti, Ələddin Quliyev küç. 11/31. AZ1025 21/05/2022 Tam Ştat

Şirkət: “SR Group” MMC

“SR Group” müxtəlif sahələrdə yeni-yeni uğurlara imza atan gənc bir şirkətdir.

Biz, bir neçə avtomobil brendi, elektronika mağazalar şəbəkəsi, tikinti və s. sahələr üzrə biznes istiqamətlərinin inkişafına fokuslanan, amma bununla kifayətlənməyən iddialı və inamlı komandayıq.

Müştərilərimizə yüksək keyfiyyətli və tam xidmət təqdim etmək bizim cari hədəflərimizdən biridir. Bu hədəfimizə çatmaq üçün yeni yaradılan Əlaqə Mərkəzimizdə enerjili və öyrənmək istəyi olan Rəhbərlə işə başlamaq istəyirik.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Keyfiyyətin ölçülməsi zəngləri üzrə mütəxəssis

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməli;
  • 2 il xidmət və/ və ya satış sahəsində iş təcrübəsi olmalı(keyfiyyət üzrə təcrübənin olması böyük üstünlükdür);
  • MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel (sadə formularla işləmək);
  • Müştəri xidmətlərində və müştərilərlə ünsiyyət nöqtələrində keyfiyyət standartları;
  • Analiz, problemlərin həlli və qərarvermə;
  • Müştəriyə fokuslanma;
  • Keyfiyyətə fokuslanma;
  • Dəqiqlik və təfsilatlara yönümlülük;
  • İnkişafa yönümlülük.

Vəzifələr:

  • Daxili prosedura, müvafiq sənəd və proqramlarda əks etdirilən qaydalara əsasən Əlaqə Mərkəzi (ƏM) vasitəsilə xidmət göstərmək;
  • Şirkətin biznes istiqamətləri üzrə təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatlı olmaq;
  • Müştərilərlə zəng vasitəsilə əlaqə saxlayaraq xidmət keyfiyyətinin ölçülməsi məqsədi ilə mövcud ssenari çərçivəsində sorğu aparmaq;
  • Sorğu nəticələrinin düzgün şəkildə müvafiq proqramlarda qeydə alınması;
  • Müştərilərin şikayətlərinin yönləndirilməsi.

 


Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx