Namizədə tələblər
- Ali təhsil
- Daxili audit vəzifəsi üzrə azı 2-3 il iş stajı
- Ofis proqramları və 1C proqramında işləmək bacarığı olmalı
- Məsuliyyətlilik, müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı, problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı.
Vəzifələr
· Şirkətlər qrupu üzrə Audit zamanı sahə işlərini aparmaq və aşkar edilən hallar barədə hesabatlar hazırlamaq;
· Prosesləri / nəzarətləri təkmilləşdirmək və iş proseslərini, əməliyyatlarını və kommunikasiyasını davamlı inkişaf etdirmək üçün imkanları müəyyənləşdirmək və təqdim etmək; · Hər Audit prosesindən sonra Audit departamenti tərəfindən rəsmi şəkildə verilən tövsiyələr əsasında işin düzgün qaydada icrasına nəzarət etmək; · Prosedur mexanizmlərin işlənilməsinə nəzarət məqsədi ilə sənədlərin təhlil etmək; · Baş ofis və törəmə şirkətlər üzrə daxili nəzarət sistemlərini, habelə bu sistemlərin beynəlxalq səviyyədə qəbul edilmiş standartlara uyğunluğunu mütəmadi olaraq izləmək; · Struktur bölmələrin gündəlik fəaliyyətinin nəticələri ilə əlaqəli qüsurları və sistem xətalarını təhlil etmək, onların aradan qaldırılması və təkrarlanmaması üçün tövsiyələr vermək. |
|