Dəyərlərimiz
Biz sosial məsuliyyəti dərk edərək davamlı inkişafa, innovasiyaya və etibarlılıq prinsipinə inanaraq müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlər qrupuyuq. Bizim dəyərlərimiz bizim iş prinsipimizin əsas meyarlarını təşkil edir.
DAVAMLI İNKİŞAF
İnkişaf etmək bugünkü həyatımızın reallığıdır. SR Group olaraq biz, bu məsuliyyəti dərk edirik və birlikdə inkişaf üçün çalışırıq.
İNNOVATİV HƏLLƏR
Biz innovasiyanın günümüzün tələbi olduğunu başa düşürük və bütün markalarımızla innovativ həll yolları təklif etmək üçün çalışırıq.
ETİBARLI ÜNSİYYƏT
Etibar qazanmaq bəzən illər tələb edir.
Həm müştərilərimizin, həm partnyorlarımızın, həm də özümüzün etibarını qazanmaq üçün daim yorulmadan çalışırıq.
SOSİAL MƏSULİYYƏT
Sosial məsuliyyətli şirkət olmaq vahid bir ekosistemə uyğunlaşmaq və ona müsbət töhfə verməkdir. Biz fəaliyyət göstərdiyimiz bütün sahələrdə insanların həyatına müsbət toxunuşlar etmək üçün çalışırıq.
Tariximiz
2001
Autostar Kaukasus GmbH olaraq Mercedes-Benz markasının ölkədə rəsmi distribütoru kimi fəaliyyətə başladıq və fərqli model sırası ilə dərhal avtomobil həvəskarlarının böyük rəğbətini qazandıq.
2005-2010
Arçelik brendinin rəsmi nümayəndəsi kimi Ultratek MMC fəaliyyətə başladı.
Sağlam Diş klinikasının Bakıxanov filialı istifadəyə verildi.
2011-2016
Sağlam Diş klinikasının Qarayev filialı istifadəyə verildi.
Sağlam Diş klinikasının hazırda Hüseyn Cavid prospektində fəaliyyət göstərən Babək filialı istifadəyə verildi.
SR Chemicals fəaliyyətə başlayaraq ölkədə məişət kimyası sahəsində müştərilərə keyfiyyətli məhsullar təqdim etməyə başladı.
2017
Teras Park layihəsinin təməli qoyuldu.
Azərbaycan və Gürcüstan ölkələrinin birgə layihəsi olan Aztech-Tegata Motors şirkətinin fəaliyyətinə başladıq.
Texnomart mağazalarının sayı 15-ə çatdı.
2019
Skaz Autohouse MMC kimi Şkoda brendinin rəsmi nümyandəsi olaraq fəaliyyətə başladıq.
Sağlam Diş klinikasının Tbilisi prospektindəki filialı istifadəyə verildi.
Texnomart mağazalarının sayı bölgələrdə 22, ölkə üzrə isə ümumi 31 oldu.
2020
Azərbaycan Avtomobil Evi MMC kimi Çinin Changan brendini Azərbaycanda təmsil etməyə başladıq.
Texnomart mağazalarının sayı 36-ya çatdı, texnomart.az online satış saytı istifadəyə verildi.
Əhmədli Park layihəsinin təməli qoyuldu.
Rəhbərliyimiz